Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:25

Ukrayna hökuməti milli birlik məsələləri ilə bağlı dəyirmi masa keçirir


-

Mayın 14-də Ukrayna hökuməti ölkənin şərqində gərginliyi azaltmaq üçün konstitusiya islahatları və milli birlik məsələləri ilə bağlı dəyirmi masa keçirir.

Hökumət və parlament nümayəndələrinin, region rəhbərlərinin qatıldığı dəyirmi masada Rusiyayönlü separatçılardan heç kim iştirak etmir.

Görüşə almaniyalı veteran diplomat Wolfgang Ischinger sədrlik edəcək. Almaniyanın xarici işlər naziri Frank-Walkter Steinmeir bu görüşün sadəcə başlanğıc olduğunu bildirib.

Bu tədbirdən bir gün əvvəl – mayın 13-də separatçıların qurduğu pusquda 7 ukraynalı əsgər həlak olub. Bu, iğtişaşlar başlayandan Ukrayna ordusunun ən böyük itkisidir.
XS
SM
MD
LG