Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 16:23

Salyanda hüquq müdafiəçisi saxlanıb


Emil Məmmədov
-
Salyanda fəaliyyət göstərən «Demokratiyaya yardım» İctimai Birliyinin sədri Emil Məmmədov saxlanıb.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisinin qardaşı İqrar Məmmədov məlumat verib.

Emil Məmmədov hazırda Salyan rayon polis şöbəsindədir:

«Bir müddət əvvəl onun müavini Tofiq Qasımov həbs olunub. Guya o, kimdənsə zorla pul tələb edib. O, tutulandan sonra qardaşımı da təşkilat rəhbəri olaraq tez-tez Salyan polisinə çağırırdılar. Bu dəfə saxladılar».

«Demokratiyaya yardım» İB cənub regionunda ən fəal vətəndaş cəmiyyəti institutlarından biridir.

Salyan polisindən məsələyə şərh vermək istəməyiblər.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG