Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 01:17

300-dən çox neftçiyə mənzil verilib


-

Mayın 13-də Xətai rayonunda neftçilərə 303 mənzil verilib. Bu barədə Dövlət Neft Şirkəti (ARDNŞ) məlumat yayıb. Mənzillərin orderini sahiblərinə ARDNŞ prezidenti Rövnəq Abdullayev təqdim edib.

Məlumata görə, şirkət 2007-2013-cü illər ərzində 1744 neftçi ailəsinə mənzil verib. Hazırda 4454 nəfər mənzil uçotundadır ki, onların da 4006 nəfəri Bakıda, 448 nəfəri isə müxtəlif rayonlarda yaşayır.

Hazırda Lökbatan və Sahil qəsəbələrində ümumilikdə 499 mənzilli 2 yeni yaşayış binasının tikintisi başa çatmaq üzrədir. Eyni zamanda Bibiheybət ərazisində 1000-dən artıq ailənin mənzillə təmin olunması üçün yeni yaşayış kompleksinin tikintisinə hazırlıq görülür.
XS
SM
MD
LG