Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:35

Moskvada "saqqallı qadınların Conchita Wurst marşı"


Rusiya homoseksualları Moskva meriyasına müraciət ediblər ki, “saqqallı qadınların və kişilərin Conchita Wurst Marşını” keçirməyə icazə versin.

Homoseksuallar bu yürüşü Moskvada mayın 27-də keçirmək istəyirlər.

Mayın 27-si Rusiyada homoseksuallığın cinayət məcəlləsindən çıxarılmasının 21-ci ildönümüdür. Onlar mayın 31-də Moskvada həm də gey parad keçirmək istəyirlər.

Conchita Wurst isə avstriyalı transvestit Thomas Neuwirthin səhnə təxəllüsüdür. O, mayın 10-da Eurovision mahnı müsabiqəsinin qalibi oldu.
XS
SM
MD
LG