Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:39

Əli Həsənov: “Rusiya ilə əməkdaşlıq yüksələn xətlə inkişaf edir”


Əli Həsənov
-
“Rusiya ilə qarşılıqlı maraq doğuran və xoş qonşuluq əlaqələri Azərbaycanın xarici siyasətinin prioritet sahələrindəndir”.

APA-nın məlumatına görə, bunu Həştərxanda Heydər Əliyev Fondunun 10 illiyi ilə bağlı keçirilən tədbirdə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

O qeyd edib ki, hazırda Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt ilə inkişaf edir və hər iki dövlətin maraqlarına cavab verir: “Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, ticarət-iqtisadi, siyasi, mədəni və digər sahələrdə əməkdaşlıq edir. Hər iki ölkə rəhbərlərinin birgə səyləri sayəsində XXI əsrin əvvəllərində Azərbaycan və Rusiya arasında əlaqələr strateji əməkdaşlıq səviyyəsinə yüksəlib”.
XS
SM
MD
LG