Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 02:55
Çində son terror hadisələrindən sonra Sincan vilayətində polis 2 həftədə 232 adam tutub. Media məlumatlarına görə, tutulanların çoxu internetdə terrorizmi və dini ekstremizmi yaydıqlarına görə həbs olunublar.

Mayın 6-da cənubdakı Quançjou şəhərinin dəmiryolunda bir nəfər 6 adamı bıçaqladı. Bundan sonra Çin boyu silahlı polis patrullarının sayı artırılıb. Martın 1-də isə cənub-qərbdəki Kunminq şəhərinin dəmiryolunda bıçaqla silahlanmış bir dəstə adam 29 adamı öldürdü, 143 adamı yaraladı.

Polis bu hücumlarda Sincan vilayətindəki uyğur separatçıları günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG