Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:56

Dunja Mijatović: Jurnalistlərə hücum qəbuledilməzdir


Dunja Mijatovic
Dunja Mijatovic
«Bu jurnalistlər ictimai etirazçıları işıqlandıran zaman hücuma məruz qalıb. Media nümayəndələrinə qarşı bu - sonuncu zorakılıq aktı Azərbaycanda media azadlığı sahəsində onsuz da həyəcan doğuran vəziyyətdən xəbər verir».

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunja Mijatović Bakıda mayın 6-7-də ictimai etirazları işıqlandıran jurnalistlərə qarşı zorakılıqları pisləyən bəyanat yayıb.

Bəyanat ATƏT-in saytında yerləşdirilib. Bəyanatda deyilir ki, mayın 6-da «Turan» xəbər agentliyinin jurnalisti Etimad Budaqov polis tərəfindən hücuma məruz qalıb, «Yeni Musavat» qəzetinin əməkdaşı Məhəmməd Türkmən, «Azadlıq» qəzetinin əməkdaşı Xalid Qarayev və «Mediaforum» saytının əməkdaşı Amid Süleymanov hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. Polis «Turan» agentliyi və «Amerikanın Səsi» radiostansiyasının müxbiri Pərvanə Bayramovanı da saxlamağa çalışıb.

Mayın 7-də Obyektiv TV-nin jurnalisti Hüseyn Əzizoğlu məhkəmədə etirazçılara qarşı məhkəmə prosesini işıqlandıran zaman polisin qarşısında naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Hüseyn Əzizoğlu xəsarət alıb, onun kamerası da zədələnib.

«Hüquq-mühafizə orqanları media nümayəndələrinin müdafiə edilməsinə görə məsuliyyət daşıyır. Onların hücum etməsi, ya da kimisə jurnalistlərə hücuma təhrik etməsi qəbuledilməzdir. Bu insidentlərin tez bir zamanda və şəffaf şəkildə təhqiq ediləcəyinə ümid bəsləyirəm».
XS
SM
MD
LG