Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:34

Ali məktəblərə qəbul imtahanı başlayıb


Mayın 11-də 2014-2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün İİ və İİİ ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda keçirilir.

İmtahanda 18298 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 7896 abituriyent II qrup üzrə, 10402 abituriyent III qrup üzrə imtahan verəcək.

İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edəcək.
XS
SM
MD
LG