Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:15

«Eurovision-2014»ün bütün finalçıları müəyyənləşib


Danimarka təmsilçisinin şousu
Danimarka təmsilçisinin şousu
Mayın 9-na keçən gecə «Eurovision-2014» mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib və beləliklə finalda iştirak edəcək 26 ölkənin hamısının adı bəlli olub.

İkinci yarımfinaldan finala vəsiqə qazananlar isə bu ölkələr olub: Polşa, Rumıniya, Norveç, Yunanıstan, Belarus, Avstriya, İsveçrə, Sloveniya, Malta və Finlandiya.

«Eurovision-2014»ün finalı şənbə günü – mayın 10-da Danimarka paytaxtı Kopenhagenin «B and V» arenasının səhnəsində baş tutacaq. Həmin gün Azərbaycanı təmsil edən Dilarə Kazımova şounun ilk hissəsində səhnəyə çıxacaq.
XS
SM
MD
LG