Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:43

“Kitabçı” ilə 3-cü görüş


-

«Kitabçı» jurnalının növbəti – 3-cü sayı işıq üzü görüb.

Jurnalın yeni sayının aparıcı teması «İtirilmiş nəsillər» anlayışı ilə bağlıdır.

Dərgi baş redaktor Səlim Babullaoğlunun «İstəklər və imkanlar arasında itmək» yazısı ilə açılır.

Jurnalda İsveç tənidçisi və tərcüməçisi Yuhan Öberqin «İtirilən və qazanılan nəsillər», Hollandiyada yaşayan tüyrk yazarı Sadık Yəmninin «İtirilmiş nəsillərin əks-sədası», Tatarıstanın «İdel» jurnalının baş redaktor müavini Qalina Zaynullinanın «Patologiya, iradəsizlik, əcdadların mənfi yükü» və «Ayna - Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlının «İtirilmişlərdən geriyə qalanlar» yazıları təqdim olunub.

Amerikada kitab işi üzrə tanınmış mütəxəssis Penni Sansivierinin «Kitabınızın nəşrinə hazırsınızmı?» məqaləsində müəlliflər üçün kitab marketinqi ilə bağlı məsləhət və tövsiyələr var.

Ariz Tarverdiyevin «Parisdə bir qərib» yazısında təbrizli nasir və dramaturq Qulamhüseyn Saedinin həyat və yaradıcılığı ətraflı nəzərdən keçirilib.

Kinoşünas Aygün Aslanlı «Çəkilən, çəkilən, çəkilən «Şerlok Holms» məqaləsində Artur Konan Doylun məşhur qəhrəmanının ekran həyatı haqqında məlumatları bölüşüb.

Kitaba gülünc, yaramaz münasibətin sərrast bədii ifadəsi olan dəyərli bir əsər - Canni Rodarinin «Qrafinya» hekayəsi Seyfəddin Hüseynlinin tərcüməsində təqdim edilib.

Ədəbiyyat və futbol tandemi, ədəbiyyatçıların futbola münasibəti Qismətin «Top - qələmin ucunda» yazısında əks olunub.

İsveç yazıçısı Avqust Strinqberqin «Tənha» romanından bir hissə jurnalın bu sayında nəsrsevərlərin ixtiyarına verilib.

Jurnalın şef-redaktoru Seyfəddin Hüseynlinin moderatorluğu ilə yazıçılar Əlabbas, Zahid Sarıtorpaq, Mirmehdi Ağaoğlu, Eyvaz Zeynalov «Bir ədəbi nəslin taleyi: 80-cilər itirilibmi?» mövzusunu müzakirə ediblər.

Dərginin bu sayında Fərid Hüseynin Boris Pasternakın ev-muzeyindən hazırladığı reportaj da diqqəti çəkir.

“Kitabçı”nı Bakıdakı köşklərdən, həmçinin “Akademiya Kitab Mərkəzi”, “Bayatı” və “Kitabevim” dükanlarından əldə etmək mümkündür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG