Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:46

Azərbaycan ATƏT-ə müraciət edib


-
Azərbaycan Suriyadan köçən ermənilərin işğal altındakı Dağlıq Qarabağa məskunlaşmasının araşdırılması üçün ATƏT-ə müraciət edib.

APA-nın yazdığına görə, bunu mayın 8-də Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib:

“Həmsədrlər Dağlıq Qarabağdakı vəziyyətlə tanış olmaq istəyirlər. Bilirsiniz ki, Suriyadakı xoşagəlməz hadisələrə görə oradakı bəzi ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşıblar. Mən ATƏT sədrinə bununla bağlı rəsmi məktub ünvanladım və xahiş etdim ki, faktaraşdırıcı missiya bu məsələni araşdırmaq üçün Qarabağa səfər etsin”.

Nazir bundan başqa ATƏT-in amerikalı həmsədri James Warlick-in Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqladığı altı prinsipə də şərh edib.

“Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal etdikləri ərazidən çıxarılsa, bütün məsələlər həll oluna bilər.

Nazir bildirib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ probleminin həlli üçün sülh sazişi üzərində işləməyin tərəfdarıdır.

“Mövcud status-kvo qəbuledilməzdir. Status-kvo ermənilər üçün də qəbuledilməzdir, ölkədə inkişaf getmir, demoqrafik problemlər var. Biz erməni tərəfinə çağırış edirik ki, bu məsələni həll edək”.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri mayın 7-də Vaşinqtonda Karneqi Mərkəzində “Dağlıq Qarabağ: həll yolları” adlı məruzə ilə çıxış edib. O, sülh sazişinin əsasında duracaq altı elementi açıqlayıb.
XS
SM
MD
LG