Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:31

Rasmussen deyir ki, onun "gözü çox yaxşı görür"


Rasmussen
Rasmussen
NATO-nun baş katibi Rasmussen bildirib ki, Rusiya qoşunlarının Ukrayna sərhəddindən geri çəkilməsinin əlamətləri görünmür. O bunu mayın 8-də Polşanın baş naziri Tuskla görüşdən sonra deyib.

Bir gün əvvəl Rusiya prezidenti Putin Ukrayna sərhəddində olan Rusiya qoşunlarının öz düşərgələrinə qayıtdığını bildirdi, ancaq bundan sonra Rasmussen dedi ki, Rusiya qoşunlarının sərhəddən çəkilməsi görünmür. Bunun ardınca Rusiyanın xarici işlər nazirliyi bunu görməməyi “korluq” adlandırdı.

Bu gün Rasmussen deyib ki, “onun gözü çox yaxşı görür”.
XS
SM
MD
LG