Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 17:08

Gürcüstanın müdafiə naziri NATO-dan «müdafiə qabiliyyəti» istəyir


Gürcüstanın müdafiə naziri Irakli Alasania NATO-nu ölkəsində «müdafiə qabiliyyəti» yaratmasına çağırışını əsaslandırıb.

O, Vaşinqtonda AzadlıqRadiosuna müsahibə verib. «Biz istəmirik ki, avropalılar və digərləri biz NATO-ya üzv olmamışdan ona inteqrasiyadan təhlükəsizlik təminatları almağa çalışdığımızı görsünlər».

«Bu səbəbdən genişləndirilmiş təhlükəsizlik əməkdaşlığı o deməkdir ki, bizə daha artıq müdafiə qabiliyyəti lazımdır». O, bu addımın Rusiyanı təxribata çəkəcəyi fikrilə razılaşmayıb.

«Bu, Krımdan əvvəlki fikirdir. İndi yeni reallıq var. Ruslar yeni reallıq yaradırlar», o, sözlərinə əlavə edib. Alasania uzun müddətdə Rusiya ilə münasibətlərə ümid bəslədiyini söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG