Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:16

Bashar al-Assad, deyəsən, qalib gəldi


Homs şəhəri
Homs şəhəri
Suriyada hökumətlə döyüşən üsyançılar son istehkamları olan Homsu tərk etməyə başlayıblar.

Suriyadan gələn xəbərlərdə deyilir ki, üsyançıların evakuasiyası üçün mühasirədə olan şəhərə avtobuslar gətirilib.

BMT-nin vasitəçiliyi ilə prezident Bashar al-Assad qüvvələri ilə qiyamçılar arasında, çox çətinliklə də olsa, razılaşma əldə edilib. Minədək qiyamçı razılaşmaya dayanaraq Homsdan çıxandan sonra hökumətə sadiq şiə şəhərlərinə təzyiqin xeyli azalacağı gözlənilir.

ASSAD-İN RƏMZİ QƏLƏBƏSİ
Bashar al-Assad
Bashar al-Assad
Bir çox təhlilçinin fikrincə, üsyançıların Dəməşqə qarşı mübarizədə «inqilab paytaxtı» adını qazanmış Homsu boşaltması prezident Assad-ın rəmzi qələbəsi sayıla bilər.
Britaniyada mənzillənmiş «Suriyada İnsan Haqlarının Müşahidəsi» qurumunun nümayəndəsi Rami Abdelrahman bildirib ki, üsyançılar Homs əyalətinin şimalındaklı başqa ərazilərdə yerləşəcəklər.

Beləcə, mühasirədə olan şiə şəhərlərinə humanitar yardıma yol açılacaq.

«DÜNYA BİZİ TƏK QOYDU»

BBC xəbər verir ki, şəhəri heç vaxt tərk etməyəcəklərinə and içdiklərindən Homsdakı döyüşçülər və ailələri ruh düşkünlüyü keçirirlər.

Amma indi – ikiillik mühasirədən sonra onların qarşısında qoyulan «təslim ol, ya da acından öl» şərti onları müqəddəs andı pozmağa vadar edib.
Evakuasiyaya hazırlaşan üsyançı döyüşçülərdən biri BBC müxbirinə «dünya bizi tək qoydu» deyib.

Bununla belə, Homsun mərkəzi hissəsində yerləşən qədim şəhərdə cəmlənmiş üsyançı qüvvələrin atəşkəs razılaşmasına əməl edib-etməyəcəyi hələ bilinmir.

RADİKALLARI DA AVTOBUSA MİNDİRİRLƏR

Ən radikal sünni qruplaşması olan Cəbhət ən-Nüsra bir neçə dəfə intihar bombaları ilə mühasirəni yarmağa cəhd göstərib.

Lakin indi həmin qruplaşmanın üzvləri də «yaşıl avtobuslara» minməyə məcbur qalıblar.

İndi Homs əyalətində dirənişini sürdürən tək üsyançı şəhər ucqardakı əl-Veirdir.
Amma bu da xəbər verilir ki, əl-Veirdəki üsyançılar da atəşkəs razılaşmasını qəbul edərək tezliklə evakuasiya olunacaqlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG