Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:51

Prezidentliyə namizədlərin moda şousu - Mətbuat icmalı


Karzai Britaniya kraliçası ilə
Karzai Britaniya kraliçası ilə
Prezidenti paltara baxıb,seçirlər? Rusiya xarici kart şirkətlərindən milyardlarla dollar girov istəyir. Yeni güclər köhnə gücləri sınağa çəkir, arada zəiflər əzilir. Avropa Rusiyaya qarşı sanskiyada niyə belə könülsüzdür? -Mətbuat icmalı

Amerilkalı dizayner Tom Ford Əfqanıstan prezidenti Həmid Karzaini 2002-ci ildə “şıqlığın şahı” adlandırmışdı. Dizayner demişdi ki, Karzai dünyada ən şıq geinən şəxsdir. Kabildə papaq dükanının sahibi də deyir ki, papaq almağa gələnlərin əksəriyyəti “Karzainin papağından istəyirəm” deyir.

Öz geyimi ilə ad çıxarmış Karzainin yerinə indi prezident olmaq istəyən 2 namizəd əməlli-başlı təzyiq altındadır. Onlar arasında həm də dəb yarışması gedir.
Wall Street Journal yazır ki, Karzainin yerinə namizədlərdən biri xarici işlər naziri Abdulla Abdulladır, ikincisi Dünya Bankının rəsmisi Ashraf Ghanidir.
Abdulla seçicilərlə görüşür
Abdulla seçicilərlə görüşür

Qəzet yazır ki, bu iki ciddi şəxsin prezidentlik yarışması moda çousuna çevrilib. Onların hər ikisi çıxışından və auditoriyadan asılı olaraq paltar seçir.

Abdulla deyir ki, o, yaxşı geyindiyinə görə özü ilə fəxr edir. Əslində bu zarafatı da birinci Karzai edib. Karzai paltar aldığı satıcıya deyib ki, onun, yəni satıcının yaxşı geyinə bilməyi ilə fəxr edir.

Paltar məsələsində başqa məqam da var. Oxford Universitetindən Zafar deyir ki, hər bir namizəd sübut etmək istəyir ki, o daha çox əfqandır, nəinki rəqibi.

17 yaşlı tələbə Sediqi isə deyir ki, “namizədin paltarları bizim düşüncəmizə təsir edə bilməz”. “Bizim nəsil bisavad deyil. Heç bir namizəd bizi çaşdıra bilməz”.


MASTERCARDIN PULU ÇATMAYACAQ


Putinin imzaladığı yeni qanunu Visa və Mastercard çox sərt adlandırır. Yeni qanuna görə Rusiyada işləyən xarici kart şirkətləri Rusiyanın Mərkəzi Bankına 2 günlük əməliyyatları miqdarında depozit qoymalıdırlar. Rusiyalılar Visa və Mastercard vasitəsilə 1 gündə Rusiyada ümumilikdə 1,9 milyard dollarlıq ödəniş edirlər. Bu o deməkdir ki, Mastercard və Visa 3,8 milyard dollar depozit qoymalıdırlar.

Guardian yazır ki, Rusiyaya qarşı sanksiyalara görə Visa və Mastercard Rusiya Bankının müştərişlərinə kart xidmətini dayandırdı. Bu bankın sədri Kovalchuk “Putinin kassiri” hesab olunur.

Visa və Mastercard Rusiyanın SMP bankına da xidməti dayandırdı. Bu bankın sahibləri Rotenberq qardaşları vaxtilə Putinlə birlikdə cudo ilə məşğul olublar.

Rusiya sanksiyalara cavab oplaraq özünün Visa və ya Mastercard kimi ödəniş sistemini yaradır.

ARADA ƏZİLƏN GÜRCÜSTAN, UKRAYNADIR

Guardian yazır ki, “Amerika əsri” sona çatır. Bir neçə qütblü qlobal kapitalizm yaranır. Qütblər ABŞ, Avropa, Çin və ola bilsin, Latın Amerikasıdır. Hər qütb kapitalizmin bir növüdür. ABŞ liberal kapitalizm, Avropa rifah dövləti, Çin avtoritar kapitalizm, Latın Amerikası populist kapitalizmdir.

Bu gün yeni güclər köhnə gücləri sınağa çəkir, arada xırda dövlətlər əzilir. Birinci belə əzilən Gürcüstan oldu. Indi Ukraynadır.

Soyuq müharibə dövründə dünyada oyun qaydaları vardı. Bu qaydalar ona görə qorunurdu ki, iki əks düşərgədən olan böyük güclər bir-birini məhv edə bilərdi. İndiki çoxqütblü dünya isə bir kapitalist dünyasıdır və tənzimlənən dünya deyil.

AVROPA NİYƏ İSTƏMİR?

Foreign Affairs yazır ki, Avropanın Rusiyaya qarşı yeni və daha sərt sanskiyalara getmək istəməməsi təkcə Rusiya qazından asılılıqla bağlı deyil.

Avropa Birliyinin Rusiya ilə bir illik ticarətinin həcmi 373 milyard avrodur. ABŞ üçün sanskiya qoymaq əlbəttə ki, asandır. Çünki ABŞ-ın Rusiya ilə ticarəti cəmi 27 milyard dollardır.

Təkcə Almaniyada 300 min iş yeri Rusiya ilə ticarətdən asılıdır. 6200 Almaniya şirkəti Rusiyada işləyir. Onlar birlikdə Rusiyaya 27 milyard dollar investisiya qoyublar.

Hazırda Avstriyanın OMV, İtaliyanın ENİ, Britaniyanın BP neft şirkətləri Rusiyaya qarşı sanksiyalar əleyhinə lobbiçilik edir. Almaniya, Fransa bankları sanksiyaları tənqid edir.
***

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG