Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:36

Ukrayna hərbçiləri Slavyanska hücuma keçib


-
Ukrayna hərbçiləri mayın 7-ə keçən gecə Slavyanska hücuma keçib.

Yerli medianın məlumatına görə, əvvəlcə şəhərin kənarında iki güclü partlayış baş verib. Bundan sonra avtomat səsləri eşidilib.

Şahidlərin sözlərinə görə, döyüşlər şəhərin bütün rayonlarında aparılır.
Slavyanskda nəqliyyatın hərəkəti dayandırılıb, insanlar küçəyə çıxmırlar. Adamların bəziləri iş yerlərində gecələyirlər.

Slavyansk ətrafında döyüşlər mayın 5-dən başlayıb. Döyüşlər Ukrayna hərbçiləri və Rusiyayönümlü hərbi dəstələr arasında gedir. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin gün güc strukturları tərəfindən dörd nəfər öldürülüb, iyirmi nəfər yaralanıb. Separatçıların itkiləri 30-dan çoxdur, onlarla yaralı var.
XS
SM
MD
LG