Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:32

Jurnalist Fərahim İlqaroğlunu döyən tutulub- [Video]


«Yeni Müsavat»ın jurnalisti döyülüb
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

«Yeni Müsavat»ın jurnalisti döyülüb

-

Bakı Şəhər Baş Polis İdarəsi jurnalist Fərahim İlqaroğlunun döyülməsi faktı ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, mayın 6-sı axşam saatlarında Nizami Rayon Polis İdarəsi ilə 24-cü Polis Bölməsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində jurnalisti döyən Siyəzən rayon sakini, Bakıda kirayə yaşayan 24 yaşlı Feyruz Termişi metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında tutulub.

Polis jurnalistin döyülməsində iştirak edən digər şəxslərin tutulması istiqamətində əməliyyat axtarış tədbirlərinin davam etdirildiyini bildirir.

«Yeni Müsavat»ın reportyoru Fərahim İlqaroğlunu aprelin 25 yaşadığı binanın girəcəyində döyülmüşdü.

Hadisə ilə bağlı Nizami rayon məhkəməsində «xuliqanlıq» maddəsi ilə cinayət işi açılıb.

Hələ ki saxlanan şəxsin yaxınları və vəkilləri ilə əlaqə saxlamaq mümkün olmayıb.
XS
SM
MD
LG