Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:09

Babək Ağayevin 20-liyə keçməyən şeirləri


-

Bu şeirlər "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Babək Ağayev



“mən” in altüstü



alt qonşum

alt şüurum

alt paltarlarım

alt-er-egom

alt hissəsi bədənimin

alt-ı radələrində ən çox da saatın

xatırlayır səni hər gün anlıq da olsa.



Gördüyün qədəriylə Üst-ümə nüfuz edə bilməmisən



ancaq inanma sevgilim

çünki mənim Alt-ımı Üst-ümə çevirmisən.




... bəxt ailə portreti

(bu ailənin bəxtinin xoş, ya bəd olduğunu müəyyən etməyə çalışmayın, lütfən)




qardaşım sarısın udub telefonun başında -

qarısıyla danışır




anam bir manat udub lotereyada -

bir manata almışdı buaykı maaşında -

müəllimədi -

özü özüylə yarışır




bacım yarısın udub qaşıqdakı “xalis” balın -

evin ən fağır bəndəsi -

heç soruşan da yox halın -

taleyilə barışır




atam dilin səsin udub tavana zilləyib gözün

buraxıb xatirələrin isti qoynuna özün -

bir gözəllə tanışır




mən özümü udmuşam

hamıya göz qoyarkən

özüm yaddan çıxmışam

özümü unutmuşam




sonra yenə

qardaşım qarısın

anam parasın

bacım balın yarısın

atam bir gözəlin kim bilir harasın

mənsə yenə də özümü

unudub davam edirik həyata

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG