Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:01

Qafqaz və Orta Asiyada iqtisadi artım sürəti azalacaq


BVF-nun iclasından görüntü
BVF-nun iclasından görüntü
Beynəlxalq Valyuta Fondunun yeni proqnozuna görə, Qafqaz və Orta Asiya regionunda iqtisadi artım azalacaq, ancaq yenə də yüksək - 6 faiz həddində olacaq. Keçən il artım 6,5 faiz idi.

Regionda azalmaya səbəb regionun Rusiya, Çin və Türkiyə kimi iqtisadi tərəfdaşlarında iqtisadi artımın azalması olacaq.

Bu da ixraca, investisiyalara, evə göndərilən pula təsir edəcək.

BVF bu il Azərbaycanda 5 faiz, gələn il 4,6 faiz iqtisadi artım gözləyir.
Azərbaycanda keçən il 5,8 faiz artım olub. Bu baxımdan, Azərbaycanın iqtisadi artım sürəti Fondun fikrincə, azalmaya doğru gedir.

Ermənistanda bu il 4,3 faiz, gələn il 4,5 faiz artım olmalıdır. Gürcüstanda bu il və gələn il 5 faiz artım gözlənilir. Ən yüksək artım isə Türtkmənistandadır. Keçən il burda artım 10,2 faiz olub. Bu il 10,7, gələn il 12,5 faiz artım olmalıdır.
XS
SM
MD
LG