Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:25

Moldova silahlı qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib


-
Moldova öz sərhəd qoşunlarını döyüş hazırlığı vəziyyətinə gətirib. Buna səbəb kimi qonşu Ukraynada vəziyyətin pisləşməsini göstərilir.

Moldova bu addımı Kiyevin mayın 5-də Odessaya elit hərbi birləşmələr göndərməsindən və Ukraynanın şərqindəki döyüşlərdə həm ordudan, həm də rusiyayönümlü separatçılardan tələfatın baş verməsindən sonra atıb.

Moldova prezidenti Nicolae Timofti, baş nazir Iurie Leanca və parlamentin spikeri Igor Corman birgə bəyanatda bildiriblər ki, Moldova silahlı qüvvələrinə ölkədə ictimai asayişi qoruyub saxlamaq üçün bütün zəruri tədbirləri görmək tapşırılıb. Onlar Ukraynanın ərazi bütövlüyünə dəstəklərini ifadə ediblər.

Moldova ilə onun separatçı Dnestryanı bölgəsi arasında 1500-dək Rusiya hərbçisi var. Bu yaxınlarda Dnestryanı separatçıları Rusiyaya birləşmək üçün müraciət etmişdilər. Moldovanın qərbyönümlü baş naziri Dnestryanıda təxribatlar ola biləcəyini bildirmişdi.

NATO rəsmiləri də Dnestryanının Rusiyanın hərbi fəaliyyətinin hədəfi ola biləcəyini açıqlayıblar.
XS
SM
MD
LG