Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:13

Prezident İlham Əliyevin Tbilisiyə səfəri başlayıb


İlham Əliyev
-

Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Gürcüstana səfər edib.

İşgüzar xarakter daşıyan səfərin məqsədi mayın 6-da Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçiriləcək sammitdə iştirak etməkdir.

«2014 Tbilisi sammiti» adlı beynəlxalq tədbir Gürcüstan parlamentinin Milli Kitabxanasında baş tutacaq.

Sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçiriləcək. Görüşü üç ölkə liderləri birlikdə açacaq.

Gürcüstan, Azərbaycan və Türkiyə nümayəndə heyətləri sammitdə cari və planlaşdırılmış gələcək layihələri müzakirə edəcəklər. Sammit çərçivəsində prezidentlərin üçtərəfli və ikitərəfli görüşləri planlaşdırılır.

«2014 Tbilisi sammiti» Georgi Margvelashvili-nin Azərbaycan və Türkiyəyə səfərləri zamanı planlaşdırılıb. /APA/
XS
SM
MD
LG