Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:02

Əfqanıstanda sürüşmədə 500 nəfər ölüb


Əfqanıstanda sürüşmə
-
BMT-nin son məlumatlarına görə, Əfqanıstanın şimal-şərqində baş vermiş sürüşmədə 500 nəfər ölüb. Yüzlərlə adam itkin düşüb.

Bədəxşan əyalətinin hakimiyyəti bildirir ki, faciə baş verən ərazidə 2700-ə qədər adamın ölə bilməsi mümkündür. Çünki itkin düşənlərin çoxu tapılmır.

Artıq axtarış işləri sona çatır. Ərazinin mürəkkəb relyefi xilasedicilərə xüsusi avadanlıqdan istifadə etməyə imkan vermir.

Ərazidə yeni sürüşmə təhlükəsi də qalır.

Dünən ölənlərin xatirəsinə bütün ölkədə matəm elan olumuşdu.
XS
SM
MD
LG