Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 03:06

Donetsk şəhər şurasının binası qarşısında atışma olub


-
Mayın 5-ə keçən gecə Donetsk şəhər şurasının binası qarşısında atışma olub.

Şahidlərin sözlərinə görə, əvvəlcə güclü partlayış, sonra atışma baş verib. Xəsarət alanlar haqqında məlumat verilmir.

Bu günlərdə separatçılar Donetsk hərbi prokurorluğun və Lenin rayon icraiyyə komitəsinin binalarını tutublar.

Donetsk vilayətinin Novoqrodovka şəhərində separatçılar 5 nəfəri - deputat və şaxtaçıları girov götürüb. Bu haqda Ukrayna Azad Həmkarlar İttifaqı Konfederasiyasında bildiriblər. Tutulanlardan biri - mədən mühəndisi Aleksandr Gurov sonradan qaça bilib.

“Ukrainskya pravda” qəzetinin məlumatına görə, onlar sağdırlar, Donetsk vilayət şurasının binasında saxlanılırlar.
XS
SM
MD
LG