Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 09:47

​ATƏT müşahidəçiləri Almaniyaya çatıb



Ukraynanın şərqində əsirlikdən azad olunmuş yeddi Avropa hərbi müşahidəçisi Berlinə çatıb. ATƏT müşahidəçiləri mayın 3-də axşam artıq Berlində olublar. Almaniyanın müdafiə naziri Ursula von der Leyen deyib ki, onlar “sağ-salamat çatdıqları” üçün “rahat nəfəs alıb”.

Yeddi müşahidəçi və beş ukraynalı zabit aprelin 25-də Slavyanskda saxlanıb. Kremlin təmsilçisi Vladimir Lukin-in müdaxiləsindən sonra, mayın 3-də buraxılıblar.

Ukraynanın prezidenti vəzifəsini icra edən Oleksandr Turchynov mayın 3-də Odessada matəm elan edib. Mayın 2-də 40-dan çox adam həlak olub. Onlardan çoxu rusiyayönlü separatçılar idi. Küçə toqquşmaları həmkarlar ittifaqı binasında yanğınla nəticələnib.

Günün bütün mövzuları

XS
SM
MD
LG