Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 21:07

Odessada matəmdir


Odessada iğtişaşlar
-
Odessada iğtişaşlar və Həmkarlar İttifaqları Evində yanğın nəticəsində ölənlərin sayı 42-yə çatıb. Daha 125 nəfər yaralanıb.

Bu haqda Ukrayna Daxili İşlər Nazirliyi məlumat verib.

Mayın 2-də Odessada Ukraynanın ərazi bütövlüyünün tərəfdarları ilə Rusiyameylli etirazçılar toqquşublar. Rusiyameyllilər Həmkarlar İttifaqları Evində gizlənməyə məcbur qalıblar. Sonradan binada yanğın başlayıb. Yanğının qəsdən, yoxsa təsadüfən törəndiyi hələlik məlum deyil.

Mayın 3, 4 və 5-i Odessada matəm elan olunub.
XS
SM
MD
LG