Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:35

Rusiya ordudan istifadənin faciəyə aparacağını bildirir


Rusiyanın xarici işlər nazirliyi Slavyanskda rusiyapərəst yaraqlılara qarşı ordudan istifadənin faciəyə aparacağını bildirib.

Xarici işlər nazirliyi Avropa Birliyini də ittiham edib ki, Kiyevdə hakimiyyətə çevrilişlə gələnləri dəstəkləməklə sülh razılaşmasını məhv edir.

Xarici işlər nazirliyi Qərbdən tələb edir ki, Ukraynaya münasibətdə destruktiv siyasəti pisləsin.

Berlində Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton deyib ki, “separtaçıların tutduğu hökumət binalarının sayının azaldılması həyati əhəmiyyətlidir.”
XS
SM
MD
LG