Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:48

«İstədiklərinə orden verirlər, 5 illik viza ilə təmin olunur...»


MM
MM
-

Milli Məclis «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsi haqqında qanun layihəsini müzakirə edib.

Rəbiyyət Aslanova
Rəbiyyət Aslanova
Layihə haqqında İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib. Komitə sədri deyib ki, 15 nömrəli protokol deputatlara təqdim edilib: «Azərbaycan dövləti insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığı davam etdirir. Azərbaycanda insan hüquq və azadlıqlarını əks etdirən konvensiyalar ratifikasiya edilib. Qanunvericilik yaradıcı prosesdir».

Layihənin müddəaları ilə bağlı danışan deputat deyib ki, burada yerli məhkəmələrin məsuliyyəti dəfələrlə qeyd olunur. Bildirilir ki, məsuliyyət beynəlxalq təşkilatların üzərinə qoyula bilməz. Protokolda digər məsələ hakimlərin Avropa Məhkəməsində iştirakı ilə bağlıdır. 15 nömrəli Protokol kifayət qədər vacib sənəddir. Bu sənədin qəbulu göstərir ki, Azərbaycan dövləti bu sahədə irəliyə addım atır.

AVROPA BİRLİYİ NİYƏ ÜZƏRİNƏ DÜŞDÜYÜ ÖHDƏLİYİ YERİNƏ YETİRMİR?...

Deputat Zahid Oruc deyib ki, ötən illər ərzində Azərbaycan insan haqları və azadlıqları ilə bağlı bir xeyli addımlar atıb:

«Mən burada beynəlxalq təşkilatların öhdəliyindən danışmaq istəyirəm. Vilnüsdə Azərbaycanla Avropa Birliyi arasında viza sisteminin sadələşdirilməsi ilə bağlı müqavilə imzalandı. Bu sənəd Azərbaycan tərəfindən ratifikasiya olundu. Mən jurnalistləri bunu araşdırmağı dəvət edirəm. Hansısa bir irəliləyiş varmı. Yenə də həmin vəziyyətdir. Avropa Birliyi niyə üzərinə düşdüyü öhdəliyi yerinə yetirmir? Axı bu adamlar Avropa dəyərlərini görmək istəyirlər. Mən onları öz öhdəliyini yerinə yetirməyə dəvət edirəm. İstədiklərinə orden verirlər, 5 illik viza ilə təmin olunur, hətta diplomatik toxunulmazlığı olmadan onu yola salırlar və cinayətdən yayındırırlar».

Zahid Oruc
Zahid Oruc
​Zahid Oruc xalq diplomatiyasının əleyhinə olduğunu bildirib və bu məsələnin qanunvericiliyə salınmasını təklif edib. Deputat Fəzail Ağamalı isə deyib ki, parlament insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq sənədləri ratifikasiya edib və bu, Azərbaycanda hüququ qüvvəyə malikdir. İnsan hüquq və azadlıqlarının təmin edilməsi üçün bütün addımlar atıb. Amma insan hüquq və azadlıqlarını inhisara alan Avropa qurumları Azərbaycanda insan hüquq və azadlıqlarından istifadə etməyə çalışır. Bizim 1 milyon vətəndaşımız vətənindən qovulub. Onlar nədən Avropa məhkəməsinə çıxarılmır? Amma Azərbaycanın dövlət sabitliyi ilə bağlı atdığı addımlardan bizə qarşı istifadə olunur. Hansı haqla bir şəxsə 5 illik viza verib onu hava limanlarına qədər müşahidə edirlər. Budurmu insan hüquqları? Yaponiya, Koreya Avropa deyil, bəyəm orada insan haqları qorunmurmu? Əgər siz səmimisinizsə, ATƏT-in Minski qrupunun mövqeyini ortaya qoyun və 1 milyon insanın haqqını təmin edin».

SİYAVUŞ NOVRUZOV LEYLA YUNUS BARƏDƏ

Siyavuş Novruzov Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə gedən şikayətlərə toxunub.

«Avropa Şurasına üzv olduqdan sonra Avropa qurumlarının fəaliyyətini izləyirəm. Bizə qədər Avropa Məhkəməsinə ən çox Türkiyədən şikayət olunurdu. İndi biz Türkiyəni də keçdik. Bizdə insanlar prosedur qaydalarını bilmirlər. Bəzən rayon məhkəməsinə müraciət edənlər onun bir sürətini də Avropa Məhkəməsinə göndərir. İkincisi, bu müraciətlərin bir qismi müxalifət nümayəndələrindəndir. Bir neçə il əvvəl Ermənistandan qovulan şəxslər mülki hüquqları ilə bağlı Avropa Məhkəməsinə müraciət etdilər, amma bu qeydiyyata alınmadı. İnsan hüquqlarını alver predmetinə çevirmək olmaz. Vaxtı ilə Leyla Yunus maddi danışıqlar nəticəsində toyuq oğrusunun adını da siyasi məhbus siyahısına salmışdı. Bu elə hüquq müdafiə təşkilatlarının özlərinin etirazına səbəb olmuşdu. Baxın görün kimlərin adını siyahıya salmışdı. Özü kimi Ermənistanda konfrans keçirən Əlikram Hümbətovun, metro partladanların və digərlərinin. Biz bu protokolu təsdiq etməklə, sabitliyimizi ifadə edirik. Amma onlara gələndə problem yaranır».
XS
SM
MD
LG