Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 18:04

NATO rəsmisi Tbilisini tərifləyib


James Appathurai
-
NATO-nun yüksək rütbəli rəsmisi Gürcüstanın quruma üzvlük yönündə cəhdlərini alqışlayıb, alyansın ölkəni NATO-ya “daha da yaxınlaşdırmaq” üçün “növbəti tədbirləri” nəzərə aldığını deyib.

NATO baş katibinin Qafqaz və Orta Asiya üzrə təmsilçisi James Appathurai mayın 1-də Tbilisidə jurnalistlərə deyib ki, NATO quruma iddialı ölkələrin irəliləyişini dəyərləndirir. İyunun sonunda xarici işlər nazirlərinin görüşü, sentyabrda isə Uelsdə sammit keçiriləcək.

Appathurai-nın sözlərinə görə, “Gürcüstan ağır işi səbəbindən təkmilləşmə yolundadır”.

O, əlavə edib ki, “Rusiyanın dediyi və etdiyi bizim qərarımıza” təsir göstərməyəcək.

Appathurai Gürcüstan prezidenti Giorgi Margvelashvili, baş nazir Irakli Garibashvili və xarici işlər naziri Maia Panjikidze ilə görüşüb.

Gürcü rəsmiləri bir neçə ildir NATO-ya üzvlüyü xarici siyasətin prioriteti elan ediblər.
XS
SM
MD
LG