Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 06:03

Gəncə qənnadı fabriki yanır


Gəncə qənnadı fabriki
-

Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin növbətçi yanğınsöndürmə qərargahının rəisi Fazil Aslanovun verdiyi məlumata görə, hadisə mayın 2-də səhər saatlarında Gəncə Qənnadı Fabriki ASC-də baş verib.

Yanğınsöndürənlər hadisə yerinə çatanda 4 mərtəbəli binanın 3-cü mərtəbəsinin alovlandığını müşahidə ediblər. 3-cü mərtəbədə 4 otaq və bir mətbəx, 4-cü mərtəbədə isə dəhliz yanıb. Ümumilikdə binanın 200 kvadrat metr ərazisi yanıb.

Yanğını söndürmək üçün 6 yanğınsöndürən cəlb edilib. Otaqlardakı əşyalar yansa da digər otaqlara odun keçməsinin qarşısı alınıb.
XS
SM
MD
LG