Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 14:44

"Ayna" ayda bir dəfə, “Zerkalo” həftədə bir dəfə çap olunacaq


Azerbaijan – Newspaper Ayna/Zerkalo
Azərbaycanda dərc olunan rusdilli “Zerkalo” qəzeti gələn həftədən gündəlik çapdan həftəliyə keçir. Bu barədə baş redaktor Elçin Şıxlı mayın 1-də qəzetin saytında məlumat paylaşıb.

Belə bir qərara uzun müddətdən bəri gəldiyinin deyən baş redaktor bildirir ki, Rauf Mirqədirovun həbsi bu məsələni daha da tezləşdirib.

"Azadlıq” qəzetinə müsahibəsində Elçin Şıxlı belə bir qərarı maliyyə problemləri üzündən qəbul etdiyin deyib.

Baş redaktor qəzetin Azərbaycan dilində versiyası olan "Ayna" qəzetinin də dövriliyin həftəlikdən aylığa keçəcəyini bildirib.

Bu yaxınlarda həmin qəzetlərin tanınmış yazarı Rauf Mirqədirov vətənə xəyanət ittihamı ilə saxlanıb, istintaq aparılır. Vəkili və həmkarları ittihamın əsassız olduğunu deyirlər.
XS
SM
MD
LG