Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:03

Rusiya şəhərlərində Ukraynaya dəstək nümayişləri keçirilib


Moskvada Ukrayna lehinə nümayişçiləri polis tutub aparır, 1 may 2014 -cü il
Moskvada Ukrayna lehinə nümayişçiləri polis tutub aparır, 1 may 2014 -cü il
Moskvada və Sankt Peterburqda Ukraynanın müdafiəsinə icazəsiz mitinqlər keçirilib.
Moskvadakı nümayişdə 7 adam iştirak edib. Onlar Mosvanın əsas küçələrindən biri ilə Ukrayna bayrağı ilə yürüş ediblər.

OMON nümayişi dayandırıb və iştirakçıları polisə aparıb.

Sankt Peterburqda nümayişə nə qədər adamın qatılması barədə məlumat yoxdur.
Sankt Peterburq sakini adı çəkilməmək şərtilə deyib: “Mən Ukraynanı dəstəkləyirəm və Rusiyanın vicdanlı vətəndaşı kimi deyirəm ki, mən Rusiyada baş verənləri bəyənmirəm”.
XS
SM
MD
LG