Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:21

Bakıda «Qız qalası» V Beynəlxalq İncəsənət Festivalı keçiriləcək


Qız Qalası
Qız Qalası
-

Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə mayın 7-dən 9-dək Bakıda «Qız qalası» V Beynəlxalq İncəsənət Festivalı keçiriləcək.

Qoruq idarəsinin yaydığı xəbərə görə, Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Müasir İncəsənət Muzeyinin və «Qız qalası» İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə reallaşdırılacaq beynəlxalq festival İçərişəhərdə - Qız Qalasının qarşısındakı meydanda təşkil olunacaq.

2010-cu ildən bəri keçirilən festivalın əsas məqsədi Azərbaycanın qədim və sirli abidəsi, Bakının rəmzi olan Qız qalasının dünyada təbliği və tanıdılmasına nail olmaqdır.
XS
SM
MD
LG