Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:55

İsa Qəmbər aclığı dayandırmaları üçün NİDA-çılara müraciət edib


-
Müsavat Partiyasının başqanı İsa Qəmbər aclığı dayandırmaları üçün həbsdə olan NİDA-çılara müraciət edib. Bu barədə o, mayın 1-də, NİDA-çıların məhkəməsindən sonra Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb:

“Əzizlərim Rəşadət, Rəşad, Üzeyir, Zaur, Məhəmməd, Bəxtiyar, Şahin və İlkin! 15 gündür davam etdiyiniz aclıq aksiyası ilə bağlı sağlamlığınıza görə çox narahat olsam da, sizə müraciət etmirdim. Lakin bu gün məhkəmə bitmədiyi üçün, 15 günlük aclıq aksiyası əsas siyasi məqsədlərinə çatdığı üçün sizdən xahiş edirəm ki, aclığı dayandırasınız”.
XS
SM
MD
LG