Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:19

Azərbaycanla İsrail arasında protokol imzalanıb


Aprelin 30-da Azərbaycanla İsrail Xarici İşlər Nazirlikləri arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında protokol imzalanıb.

Protokolun imzalanması Bakıda Elmar Məmmədyarovla Avigdor Liberman görüşündə baş tutub.

Görüşdə siyasi, iqtisadi, ticarət, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Avigdor Liberman Azərbaycandakı yəhudi icmasının iki ölkə arasındakı münasibətlərin inkişafında rolunu müsbət qiymətləndirib.

Xəbəri Xarici İşlər Nazirliyinin saytı yayıb.
XS
SM
MD
LG