Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:14

Vəkil: “Rauf Mirqədirovun informasiya almaq hüququ pozulur”


-
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirovun informasiya almaq hüququ pozulur. Vəkili Elmar Süleymanovun AzadlıqRadiosuna dediyinə görə, jurnalistə özünün oxumaq istədiyi qəzetlərin heç biri verilmir:

“Ona yalnız “Azərbaycan”, “Xalq”, “Respublika” və s. dövlət qəzetləri verilir. Onun özünün oxumaq istədiyi qəzetləri vermirlər. Digər qəzetlərin içəriyə keçirilməsinə, ümumiyyətlə məhdudiyyət qoyulub. Biz istəyirik ki, o, oxumaq istədiyi qəzetlərlə təmin olunsun”.

Vəkilin sözlərinə görə, hələ ki, Rauf Mirqədirovun valideyinlərinin görüşü ilə bağlı 5 gün əvvəl etdikləri müraciətə də cavab verilməyib.

“Biz vəkillər aprelin 25-də, həm işi aparan müstəntiqə, həm baş prokurorun müavini Rüstəm Usubova, həm də istintaq təcridxanasının rəisinə müraciət etmişik. Amma hələ ki, bizim müraciətlərə cavab verilməyib”.

2010-cu ildən Türkiyədə yaşayan “Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunub. Elə həmin gün Bakıda həbs olunan jurnalistə “dövlətə xəyanət” maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Jurnalist ittihamları qəbul etmir.
XS
SM
MD
LG