Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 13:51

Separatçılar Ukraynanın Horlivka şəhərində hökumət binasını tutub


Horlivka
Rusiyayönlü separatçılar Ukraynanın şərqindəki Horlivka şəhərində hökumət binasını, polis qərargahını tutublar. Bu barədə polis məlumat yayıb.

Horlivka bələdiyyə rəsmiləri məlumatı təsdiqləyib. 20 hərbi geyimli silahlının şəhərdə iki binanı tutduğu bildirilir. Horlivka Donetsk regionundadır.

Donetskdə polis rəsmisi deyib ki, Horlivkada polis qərargahında silah saxlanmır.

Rusiyayönlü separatçılar son həftələrdə Ukraynanın şərqində onlarla şəhərdə hökumət binalarını və polis postlarını tutub.

Bəzi separatçı liderlər referendum keçirib, Ukraynadan ayrılmağa, Rusiyaya birləşməyə çağırırlar.

Ukrayna böhranı haqda bütün xəbərləri burada izlə

XS
SM
MD
LG