Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 11:12

John Kerry: “Kremlə aydın şəkildə bildirilməlidir ki...”


John Kerry
-
“Rusiya Krımı işğal edib, daha sonra Ukraynanın şərq vilayətlərində sabitliyi pozmaqla “Şərqi Avropada təhlükəsizlik landşaftını dəyişməyə çalışır”. Bunu aprelin 29-da Vaşinqtonda çıxışı zamanı ABŞ Dövlət katibi John Kerry deyib.

Dövlət katibi qeyd edib ki, NATO müttəfiqləri “Kremlə aydın şəkildə bildirməlidirlər ki, NATO-ya üzv olan ölkələrin ərazisi toxunulmazdır və Şimali atlantika ittifaqı ölkələri bu ərazilərin hər qarışını qoruyacaqlar”.

Kerry hesab edir ki, ABŞ və Avropalı müttəfiqləri “soyuq müharibə”dən sonra gələn eranın kursunu təsdiq etmək üçün çoxlu güc sərf ediblər.

“Amma Rusiyanın Ukraynadakı hərəkətləri göstərdi ki, prezident Vladimir Putin oyunun digər qaydalarla keçirilməsini istəyir”-deyə Kerry bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG