Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:35

Baykalətrafında hərbi anbarda partlayış zamanı 7 nəfər ölüb, yanğın davam edir


arxiv foto
arxiv foto
-
Baykalətrafında hərbi anbarda baş vermiş yanğın və partlayışlar nəticəsində nəticəsində 7 nəfər ölüb. 4 nəfərin iktin düşdüyü bildirilir. Bu barədə yerli hakimiyyət nümayəndələri xəbər verib, bildiriblər ki, bu, hələ ilkin məlumatdır.

Yanğın və partlayış aprelin 30-da baş verib. Tibbi yardım almaq məqsədilə 17 nəfərin müraciət etdiyi bildirilir. Onlardan birinin vəziyyəti ağırdır, 3 nəfərdə isə orta dərəcəli yanıq var.

Hadisə baş yerən yerin yaxınlığında yaşayan 300-dən çox sakin evakuasiya edilib.

Məlumata görə, yanğın hələ də davam edir. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
XS
SM
MD
LG