Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:04

Leyla Yunusun dindirilməsi davam edir


-
Ötən gecə ölkədən çıxmasına icazə verilməyən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus aprelin 29-u səhər tezdən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilir.

İdarənin qarşısında olan jurnalist Şahvələd Çobanoğlu AzadlıqRadiosuna deyib ki, Leyla Yunus içəri vəkil Xalid Bağırov və yaxın qohumu daxil olub.

İdarənin qarşısında jurnalistlər, ictimai fəallar hüquq müdafiəçiləri var.

Leyla Yunusu idarəyə səhər saat 7 radələrində gətiriblər, indiyə kimi dindirmə davam edir.
XS
SM
MD
LG