Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 21:22

“Start a Fire” mahnısı türkcə oxunub


Dilarə Kazımova
-
Azərbaycanın “Eurovision-2014” mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova türk pərəstişkarları üçün “Start a Fire” mahnısının yeni versiyasını təqdim edib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Böyük səhnə” proqramının PR meneceri Nərminə Məmmədovaya istinadən yaydığı xəbərə görə, “Start a Fire” balladası Türkiyə türkcəsində “Alev Gibi” adlanır.

Dilarənin mahnısı bütün Avropada “Eurovision” fanatları arasında populyarlıq qazanıb. Pərəstişkarları və “Eurovision” mahnı müsabiqəsinin başqa iştirakçıları hətta “Start a Fire” mahnısının kaver-versiyalarını yaradıb.

Bu yaxınlarda Dilarə Kazımova mahnının “Bir qığılcım” adlı Azərbaycan versiyasını da təqdim edib.

O, belə bir versiyanın yaranmasını mahnını ilk dəfə eşitdiyi andan arzulayıbmış və bu mahnını daha bir neçə dildə yazdırmaq niyyətindədir.

Dilarə Kazımova “Start a Fire” mahnısını “Eurovision” müsabiqəsinin mayın 6-da Danimarkanın Kopenhagen şəhərində keçiriləcək birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcək.
XS
SM
MD
LG