Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:38

«Müsavat»ın məhkəməsi təxirə salınıb


Aprelin 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı şikayəti ilə bağlı məhkəmə təxirə salınıb.

Buna Bakı Şəhər İcra Hakimiyyəti nümayəndəsinin məhkəməyə gəlməməsi səbəb olub.

Məhkəmə mayın 12-də olacaq.

Müsavat Partiyası mayın 24-də qurultay keçirməyi planlaşdırırdı. Partiya fevralın 11-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək qurultayın keçirilməsi üçün yer ayrılmasını xahiş edib.

Məktuba heç bir cavab verilmədiyi üçün bundan sonra Müsavat partiyası məhkəməyə müraciət edib.
XS
SM
MD
LG