Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:03

Shoigu Hagel-i əmin edir ki, Rusiya Ukraynanı işğal etməyəcək


-
Rusiyanın müdafiə naziri Sergei Shoigu ABŞ Dövlət katibi Chuck Hagel-i əmin edib ki, Rusiya Ukraynanı işğal etməyəcək. Onlar aprelin 28-də telefonla danışıblar.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, Shoigu Hagel-ə deyib ki, rus əsgərləri Rusiyanın Ukrayna ilə sərhədində təlimlər keçirəndən sonra baraklara qayıdıb. Onun sözlərinə görə, “Ukrayna hakimiyyəti silahsız (Ukrayna) əhalisinə qarşı hərbi hissələrdən istifadə etməyəcəyini bəyan etdikdən sonra” belə ediblər.

Shoigu Rusiya sərhədləri yaxınlığında ABŞ və NATO qüvvələrinin fəaliyyətinin güclənməsini misli görünməmiş adlandırıb. Aprelin 28-də 150 ABŞ əsgəri Estoniyaya hərbi təlimlərə qatılmaq üçün gəlib. Bununla da Vaşinqtonun Polşa və Baltik ölkələrinə göndərdiyi əsgərlərin sayı 600-ə çatıb.
XS
SM
MD
LG