Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:09

ABŞ-ın cənubunda qasırğa təhlükəsi davam edir


-
Tam dəqiq olmayan məlumatlara görə, ABŞ-ın cənubunda aprelin 28-i axşam saatlarından başlayan üç güclü qasırğa zamanı azı 6 nəfər ölüb, bir neçəsi yaralanıb. Bu barədə Fox telekanalı hadisə baş verən rayon səlahiyyətlilərinə istinadən məlumat yayıb.

Ölüm halları baş verən ştatlar Missisipi, Alabama və Tennessidir. Fəlakət yerlərindən çəkilmiş videoyazılardan görünür ki, yaşayış evləri dağılıb, maşınlar aşıb.

Dünən gündüz saatlarında Oklahama və Arkanzas ştatlarında da qasırğa olub. Azı 18 nəfər ölüb. Bəzi rayonlar köklü şəkildə dağılıb. Minlərlə insan elektrik enerjisiz qalıb. Meteoroloqların verdiyi məlumata görə, fəlakət zonasında küləyin gücü saatda 240 kilometrə qalxıb.
XS
SM
MD
LG