Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:36

Rusiyaya qarşı bu gündən yeni sanksiya qoyula bilər


Aprelin 28-də Ukraynadakı böhranla əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar elan oluna bilər.

ABŞ prezidentinin xarici siyasət məsələləri üzrə məsləhətçisi Ben Rhodes bildirib ki, «sanksiyalar ən tezi sabahdan» qoyula bilər, ancaq yenə də dəqiq tarixi açıqlamaqdan imtina edib.

O, həmçinin Avropa Birliyi diplomatlarının sanksiyaları müzakirə etmək üçün aprelin 28-də toplaşacağını əlavə edib. Brüsseldə keçiriləcək görüşdə Rusiyaya qarşı sanksiyaların «ikinci mərhələsi»ndə - hesabların dondurulması və səyahət qadağasına baxılacaq.

Yeni sanksiyalarla bağlı xəbərlərdən öncə - aprelin 27-də rusiyayönlü separatçılar Ukraynanın Donetsk şəhərində televiziya binasını zəbt edib.
XS
SM
MD
LG