Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:35

Heydər Əliyev Mərkəzi üzərində video installyasiya nümayiş etdirilib


Heydər Əliyev Mərkəzi
Heydər Əliyev Mərkəzi
Heydər Əliyev Mərkəzinin binası üzərində videomappinq-installyasiya nümayiş etdirilib.

APA-nın məlumatına görə, installyasiyanın süjeti Azərbaycan incəsənətini əhatə edib.
Paytaxt sakinləri 15 dəqiqəlik şou ərzində Qobustan qayaüstü rəsmlərinin yarandığı dövrdən bu günə qədər Azərbaycan incəsənətinin müxtəlif dövrlərinə səyahət edib, önəmli hadisələri, sənət nümunələrini müasir audio-vizual formatda izləyiblər.

İnstallyasiya tanınmış pianoçu-bəstəkar İsfar Sarabskinin musiqisinin müşayiəti ilə təqdim olunub.
XS
SM
MD
LG