Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 06:58

15 yaşlı yeniyetmə Araz çayında batıb


Araz çayı
Araz çayının Beyləqan rayonu ərazisindən keçən hissəsində («Aran» sularda xilasetmə məntəqəsindən, təxminən, 200-210 km məsafədə, nəzarət olunmayan ərazidə) 1999-cu il təvəllüdlü İbrahim Ağayev batıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının məlumatına görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.

İ. Ağayevin cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
XS
SM
MD
LG