Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:58

Şəmkirdə Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov qarşılaşır


Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir
-

Aprelin 27-də Şəmkirdə mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə VII turun oyunları keçiriləcək. Azərbaycanlı şahmatçılar arasında olacaq görüşdə Teymur Rəcəbov sonuncu pillədəki Şəhriyar Məmmədyarovla qarşılaşacaq.

Teymur Rəcəbovun hesabında 3.5, Şəhriyar Məmmədyarovun hesabında 2 xal var.

VII turda aşağıdakı oyunlar keçiriləcək:

Teymur Rəcəbov – Şəhriyar Məmmədyarov
Karjakin Sergey – Caruana Fabiano
Nakamura Hikaru – Carlsen Magnus

Turnir cədvəli: Teymur Rəcəbov və Carlsen Magnus 3,5 xal., Caruana Fabiano , Karjakin Sergey, Nakamura Hikaru 3 xal. Şəhriyar Məmmədyarov 2 xal.

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2014” beynəlxalq şahmat turniri aprelin 20-də start götürüb . ümumilikdə 16 şahmatçı istirak edir.

Şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov yanvarın 11-də müalicə aldığı Almaniyanın Heydelberq klinikasında keçinib.

O, başındakı bəd xassəli şişdən əziyyət çəkirdi.
XS
SM
MD
LG