Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:01

Müdafiə Nazirliyinin keçmiş idarə rəisi həbs olunub


Elçin Xəlilov
Elçin Xəlilov
-
Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin keçmiş rəisi, seysmoloji məsələlər üzrə ekspert Elçin Xəlilov həbs edilib.

Bu barədə AzadlıqRadiosuna Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Cinayət Məcəlləsinin «vəzifə səlahiyyətlərindən istifadə etmə» və «mənimsəmə və ya israf etmə» maddələri ilə təqsirləndirilən keçmiş idarə rəisi barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib.

Onun Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddətdə külli miqdarda dövlət əmlakını mənimsədiyi bildirilir.

Hələ ki Elçin Xəlilovun hüquqlarını müdafiəçisinin mövqeyini öyrənmək mümkün olmayıb. Günahı sübut olunarsa, o 7 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilər.
XS
SM
MD
LG