Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:13

«Böyük yeddilər» Rusiyaya qarşı «birgə tədbirlər»i müzakirə edir


Barack Obama və Angela Merkel
Barack Obama və Angela Merkel
-
Moskva Ukrayna məsələsində Cenevrə razılaşmasına uyğun konkret addımlar atmasa, «böyük yeddilər»in dövlət liderləri Rusiyaya qarşı əlavə sanksiyalar irəli sürmək niyətindədirlər.

Aprelin 26-da «böyük yeddilər»in yaydığı bəyanatda belə deyilir.

Sənəddə may ayında Ukraynada keçiriləcək prezident seçkilərinə şərait yaradılması üçün bütün qrup dövlətlərindən Rusiyaya qarşı təcili yeni sanksiyalar qəbul etmələri istənilir.

Bazar ertəsi ABŞ-la Avropa Birliyinin Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyaların elan olunacağı gözlənilir.

Rusiyaya qarşı görüləcək «birgə tərdirlərin» müzakirəsi üçün gələn həftə Almaniya kansleri Angela Merkel ABŞ-a səfər edəcək.
XS
SM
MD
LG