Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:11

Qaya Əliyevin 20-liyə düşməyən şeirləri


Qaya Əliyev
Qaya Əliyev
-

Bu şeirlər "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Qaya Əliyev


Etiraf

Bu sevdanın günəşinə
Günəşi nə, atəşi nə?
Bu günəşin atəşinə
Sən də yandın, mən də yandım.

***

Sevda dolu o anları,
Baharları, xəzanları,
O park, o xiyabanları
Sən də andın, mən də andım.

***

Biz sarvandıq, bu eşq karvan.
Bu karvanın yolu rəvan.
Xoşbəxtlikdir ən son ünvan,
Sən də sandın, mən də sandım.

***

Məni səndən soruşdular.
Səni məndən soruşdular.
Qanı candan soruşdular.
Sən də dandın, mən də dandım.

***

Zülmətdən gündüzə gəldim.
Sonam, süzə-süzə gəldin,
Mənimlə göz-gözə gəldin.
Sən vuruldun, mən bağlandım.

***

Qoydu bizi gör nə hala,
Çapdı atını dördnala,
Çata bilmədik vüsala.
Sən tələsdin, mən yubandım.

***

Deyirdin “Dinlə, əzizim”
Bu eşqin bükülməz dizi.
Bir ölüm ayırar bizi.
Sən danışdın, mən inandım.

***

Səni mənə yad etdilər.
Bu eşqi bərbad etdilər.
Min fitnə-fəsad etdilər.
Sən səbr etdin, mən usandım.

***

Dedilər: “Danış düzünü!”
Sordular sözün yüzünü.
“Onu sevirəm” sözünü,
Sən söylədin, mən utandım

***

Yetməsək də muradına,
Heç düşdümmü mən yadına?
Bu məhəbbətin oduna
Sən isindin, mən qalandım.

***

Nələr çəkdik, kimsə bilməz.
Aşiq ölər, eşqi ölməz.
Eşqin yolu gedər-gəlməz,
Sən gedirdin, mən dayandım.

***

Leyli sən, Qeys Qaya imiş.
Dünya yalan, riya imiş.
Bu sevgi bir röya imiş,
Sən mürgülü, mən oyandım.



İki ürək


Bir ah çəkdim, daş ağladı
Gözlərində yaş ağladı
O taylı qardaş ağladı
Bir qəlb Bakı, bir qəlb Təbriz
Bir can, iki ürəyik biz.

***

Taleyimiz yaman dedi.
Ana-bacı "aman" dedi.
Bunu bizə zaman dedi:
"Bir qəlb Bakı, bir qəlb Təbriz
Bir can, iki ürəyik biz."

***

Dərdimiz bir, sərimiz bir
Xeyirimiz, şərimiz bir
Yoxumuz bir, varımız bir
Bir qəlb Bakı, bir qəlb Təbriz
Bir can, iki ürəyik biz.

***

İki qəlbik, biz, bir canıq.
Birlikdə Azərbaycanıq.
Siz Azərsiz, biz Baycanıq.
Bir qəlb Bakı, bir qəlb Təbriz
Bir can, iki ürəyik biz.

***

Haqq, imandan uzaq düşdü.
Ürək, candan uzaq düşdü.
Damar, qandan uzaq düşdü.
Bir qəlb Bakı, bir qəlb Təbriz
Bir can, iki ürəyik biz.

***

Ey, on dörd gecəlik ayım!
Həsrətdir, hər günüm- ayım.
Ayrılıqdır tale payım.
Bir qəlb Bakı, bir qəlb Təbriz
Bir can, iki ürəyik biz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG